"Neftçi"nin potensial rəqiblərinin sayı 5-ə düşdü

Əziz Əzizli
"Neftçi"nin potensial rəqiblərinin sayı 5-ə düşdü

Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Operativ Media" xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir saat 15:00-da start götürəcək.

Yarışa 2-ci mərhələdən qatılacaq Azərbaycan təmsilçisi “Neftçi”nin də rəqibi bu gün bilinəcək.  "Ağ-qaralar" "səpələnmişlər" səbətində yer alacaq. Artıq "Neftçi"nin 5 potensial rəqibi müəyyənləşib. Bunlar "səpələnməmişlər" səbətində yer alan aşağıda adları qeyd edilən komandalardır:

FK "Voyvodina" - Serbiya

"Zelejniyar" - "Dinamo Minsk" cütünün qalibi

"Tirana" - "Dinamo Batumi" cütünün qalibi

"Debrecen" - Macarıstan

"Çska" - Bolqarıstan

Digər xəbərlər