Səudiyyə Ərəbistanı: 150 ölkədən 1,8 milyon zəvvar

admin
Səudiyyə Ərəbistanı: 150 ölkədən 1,8 milyon zəvvar

Səudiyyə Ərəbistanı 150 ölkədən 1,8 milyon zəvvarın Covid-19 epidemiyasından sonra ilk məhdudiyyətsiz həcc mövsümündə ziyarətinə getdiyini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Tofiq er-Rabia mövzu ilə bağlı mətbuat konfransı təşkil edib. 

O, bu il 150 ölkədən zəvvarların ümumi sayının 1 milyon 845 min nəfərə çatdığını bildirib. Rabia ümumi zəvvar sayından 184 min 130 nəfərinin Səudiyyə Ərəbistanı vətəndaşı olduğunu bildirib.

Səudiyyə Ərəbistanı Statistika İnstitutu da bu il zəvvarların statistikaı barədə açıqlama yayıb. Açıqlamaya görə, bu ölkədən 184 min 130 nəfər, ərəb ölkələrindən 346 min 214 nəfər, Asiya ölkələrindən 1 milyon 56 min 317 nəfər, Afrikadan 221 min 863 nəfər, Avropa, ABŞ, Avstraliya və digər ölkələrdən 36 min 521 nəfər zəvvar Həcc ziyarətində olub.

Zəvvarların 1 milyon 593 min 271-i Səudiyyə Ərəbistanına xaricdən hava, 60 min 813-ü quru, 6 min 831-i isə dəniz yolu ilə gəlib.

Yerli və xarici zəvvarların ümumi sayı arasında kişi zəvvarların sayı 969 min 694, qadın zəvvarların sayı isə 875 min 351 nəfərə olub.

Digər xəbərlər