Elon Mask "Twitter"də yeni limit tətbiq edib

admin
Elon Mask "Twitter"də yeni limit tətbiq edib

"Twitter"in sahibi Elon Mask, təsdiqlənməmiş hesabların gündə sadəəcə 600 tvitə, təsdiqlənmiş hesabların isə 6000 tvitə baxa biləcəyini açıqlayıb. 

"Operativ Media" xarici mətbuata istinadən xəbər verir ki, göstərilən tvit baxış limitlərinə çatan istifadəçilər "Twitter" istifadə limiti keçildi" xəbərdarlığı ilə qarşılaşacaq.

Mask paylaşımında aşağıdakıları qeyd edib:

“Biz Twitter-də müvəqqəti məhdudiyyətlər tətbiq etdik.

Doğrulanmış hesablar gündə 6000 yazı oxumaqla məhdudlaşır.

Təsdiqlənməmiş hesablar gündə sadəcə 600 tvit oxuyacaq.

Yeni təsdiqlənmiş hesablar gündə 300 yazı ilə limitlənəcək”.

Digər xəbərlər