“Bakıda 8-9 ballıq zəlzələyə davamlı binaların tikilməsi nəzərə alınıb”.
"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Qurban Yetirmişlinin sözlərinə görə, faktiki olaraq respublikanın seysmoloji xəritəsi yoxdur. Lakin bu iş istiqamətində Fövqəladə Hallar Nazirliyi ilə birlikdə iş aparılır. “Onsuz da bəllidi harada zəlzələ neçə bal ola bilər. 8-9 balllıq cədvəl də bəllidi, ondan aşağı da. FHN tərəfindən tikintiyə nəzarət edildiyindən ona görə burda problem yoxdur. Seysmik gərginlik necədirsə, ona uyğun da dözümdə tikilir”.