Rəşad Sadıqov: Bu gün ən zəif oyunlarımızdan birini keçirdik

Əziz Əzizli
Rəşad Sadıqov: Bu gün ən zəif oyunlarımızdan birini keçirdik

“Zirə” bu gün Misli Premyer Liqasının 8-ci turunda “Sabah”ın qonağı olub.

Operativ Media  xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da baş tutan matçdan sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sadıqov 0:3 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Ümumən, oyunu dəyərləndirmək çətindir. Altı aydır məğlub olmurduq. Nə vaxtsa məğub olmalıydıq. Amma bu cür məğlubiyyət bizə yaraşmadı. İlk hissənin son dəqiqələri oyunun qırılma anı oldu. İkinci hissədə daha yaxşı oynadıq. Ancaq yenə də texniki səhvdən sonra qol buraxdıq. Artıq bu oyun geridə qaldı. Səhvlərimizdən nəticə çıxarıb, növbəti oyunlara hazırlaşacağıq.

Bəhanə kimi sayılmasın, amma bizim kimi komandaların 5-6 oyunçusunun olmaması çətinlik yaradır. Onların yerlərini doldura bilmirik. Komandam bu gün ən zəif oyunlarından birini keçirdi”.

Digər xəbərlər