HƏMAS-ın “Nuhba” bölməsinin komandiri öldürülüb

Əsəd Abbaslı
HƏMAS-ın “Nuhba” bölməsinin komandiri öldürülüb

HƏMAS Hərəkatının hərbi qanadı olan “İzzəddin əl-Qəssam briqadaları”nın elit “Nuhba” bölməsinin komandiri Yəhya əl-Mabhuh İsrail Ordusunun hava zərbəsi nəticəsində öldürülüb.

Operativ Media xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının mərkəzində yerləşən Əz-Zəvayda şəhərindəki bir kafeyə zərbə endirib və hadisə zamanı əl-Mabhuh həmin ərazidə olub.

Fələstin tərəfi hələlik onun ölümünü rəsmi şəkildə təsdiqləməyib.

İsrailin müxtəlif bölgələrə endirdiyi zərbələr nəticəsində azı 10 nəfərin həlak olduğu bildirilir.

Qeyd edək ki, “Nuhba” HƏMAS-ın hərbi qanadı sayılan “İzzəddin əl-Qəssam briqadaları”nın dəniz əməliyyatları üzrə xüsusi bölməsidir.

Digər xəbərlər