Azərbaycan PL: "Neftçi" "Araz-Naxçıvan"la heç-heçə etdi
Əziz Əzizli
Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.
Operativ Media xəbər verir ki, turun qapanış matçında "Neftçi" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəliblər.
4 qolun vurulduğu qarşılaşmada 2-2 hesablı heç-heçə qeydə alınıb.
8 turdan sonra "Qarabağ" 16 xalla turnir cədvəlinin ilk pilləsində, "Araz-Naxçıvan" və "Turan Tovuz" isə 15 xalla 2-ci və 3-cü yerləri bölüşürlər. "Neftçi" isə 9 xalla 7-ci pillədə qərarlaşıb.
Teqlər:
Neftçi PFK Araz-Naxçıvan FK Azərbaycan Premyer Liqası