"Qəbələ"dən ayrılan Rafael Utziqin yeni ünvanı məlum olub.
"Operativ Media" xəbər verir ki, braziliyalı hücumçu Koreyanın "Çunqam Asan" klubuna keçib. Bu barədə II liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Utziqlə razılaşmanın detalları açıqlanmayıb.
Braziliyalı futbolçu "Qəbələ" ilə müddəti bitən müqaviləsini yeniləməyib və azad agent kimi yeni klubuna qoşulub.






