"Latsio"nu Səudiyyə Ərəbistanı klubuna dəyişir

Əziz Əzizli
"Latsio"nu Səudiyyə Ərəbistanı klubuna dəyişir

Sergey-Milinkoviç Saviç də Səudiyyə Ərəbistanına gedir. Avropa nəhənglərindən birinə keçəcəyi gözlənilən serb yarımmüdafiəçi gözlənilməz qərar verib.

"Operativ Media" “La Repubblica”ya istinadla xəbər verir ki, Serbiya millisinin üzvü “Əl Hilal”la anlaşıb. Ərəblər futbolçuya illik 20 milyon avro maaş verəcək. Hazırda müqavilənin müddəti dəqiqləşdirilir. Tərəflər razılığa gələrsə, “Latsio”nu razı salmaq çətin olmayacaq. Roma klubunu “Əl Hilal”ın transfer üçün göndərdiyi 40 milyon avroluq təklif qane edir.

Xatırladaq ki, hər transfer dövründə bir kluba keçəcəyi deyilən, hər dəfə də “Latsio”da qalan Saviçi son olaraq “Mançester Yunayted” və “Çelsi”nin istədiyi bildirilirdi. 8 ildir İtaliya klubunda oynayan 28 yaşlı oyunçunun müqaviləsi gələn yay başa çatır.

Digər xəbərlər