"Çelsi" hücumçusu David Fofananı icarəyə verib.
"Operativ Media" xəbər verir ki, 20 yaşlı forvard 2024-cü ilin yayına qədər Almaniyanın "Yunion" klubunda çıxış edəcək. Bu barədə Berlin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Fofana 2023-cü ilin yanvarından "Çelsi"də çıxış edirdi. O, "zadəganlar"la Premyer Liqada 3 oyuna çıxıb.






