Vüsal İsgəndərli oynadı, komandası "Ararat"la heç-heçə etdi

Əziz Əzizli
Vüsal İsgəndərli oynadı, komandası "Ararat"la heç-heçə etdi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin transfer olduğu Albaniyanın “Eqnatiya” klubu Konfrans Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxıb.

"Operativ Media"nın məlumatına görə, komanda bu gün Ermənistan təmsilçisi “Ararat”ın qonağı olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə sona çatıb.

Vüsal da bu oyunda forma geyinib. O, görüşün 59-cu dəqiqəsində meydana daxil olub.

13 İyul

Konfrans Liqası, I təsnifat mərhələsi

19:00 “Ararat” – “Eqnatiya” 1:1

Digər xəbərlər