"Sumqayıt" klubunun baş məşqçisi Saşa İliç "Zaqatala"ya qarşı kubok qarşılaşmasından sonra oyunla bağlı fikirlərini bölüşüb.
Operativ Media xəbər verir ki, Serbiyalı mütəxəssis komandasının məqsədinin daha az forma şansı qazanan futbolçulara oyun praktikasını artırmaq olduğunu bildirib:
“Yaxşı qarşılaşma oldu. Əsas məqsədimiz daha az forma şansı əldə edən futbolçuları oynatmaq idi. Xüsusilə ilk hissədə 2:0 önə keçdikdən sonra oyunun nəzarətini əlimizdə saxlamağa və zədələrdən qaçmağa çalışdıq. İkinci hissədə isə dəyişikliklər edərək digər oyunçuların tonusda qalması üçün şans yaratdıq. Hesab 3:0 olsa da, düşünməzdim ki, asan qələbə oldu. Lakin istənilən halda növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik. “Zaqatala”ya isə növbəti oyunlarda uğurlar arzu edirik”.
Baş məşqçi həmçinin komandasının növbəti mərhələyə yüksəlməsindən məmnun olduğunu qeyd edib.






