İsveçdə 13-14 yaşlı cinayətkarlar 2026-cı ilin iyul ayından etibarən yetkinlik yaşına çatmayanlar üçün həbsxanalara yerləşdiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.
Bildirilib ki, hökumət artıq cəzaçəkmə müəssisələrində ağır cinayət törətmiş 15-17 yaşlı yeniyetmələr üçün bölmələrin yaradılması barədə göstəriş verib. Bu cür tədbirlər çox vaxt azyaşlıları ağır cinayətlər, o cümlədən qətllər törətməyə cəlb edən cinayətkar qruplara qarşı mübarizə ilə izah olunur.
İsveç Ədliyyə naziri Qunnar Strömmer qeyd edib ki, ən ağır cinayətlərə görə cinayət məsuliyyətinin yaşının aşağı salınması təkcə cəmiyyəti qorumaq üçün deyil, həm də uşaqları cinayətkar davranışlardan çəkindirmək üçün lazımdır.
Onun sözlərinə görə, ilkin olaraq 6 istintaq təcridxanasında 13-17 yaş arası cinayət törətmiş şəxslər üçün 100-150 yer olacaq. Oğlan və qızlar kiçik və yaşlı yeniyetmələr kimi ayrı-ayrı bölmələrdə yerləşdiriləcək.






