Azərbaycan Avropa çempionatında 9 cüdoçu ilə təmsil olunacaq
Operativ Media
31 oktyabr – 1 noyabr tarixlərində Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatı keçiriləcək.
Operativ Media xəbər verir ki, Azərbaycan bu yarışda milli komandanın böyük məşqçiləri Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq.
Qitə turnirində 38 ölkədən 314 idmançı medallar uğrunda mübarizə aparacaq.