"Azərbaycanda bölgələrdə vəkil çatışmazlığı var".
"Operativ Media"nın məlumatına görə, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, qanunvericiliyə əsasən, test mərhələsindən keçən vəkilliyə namizədlər üçün 3 illik iş stajı tələbi qoyulub.
“O qeyd edib ki, bu tələb absurddur. Qardaş Türkiyədə də belə tələb yoxdur. Bu tələbin bir il olması məqsədəuyğundur”, - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Milli Məclisin növbətənkənar sessiyasının son iclası keçirilir. İclasın gündəliyinə 19 məsələ daxildir.