"Linkoln"un qapıçısı: "Futbolda mümkünsüz heçnə yoxdur"

Əziz Əzizli
"Linkoln"un qapıçısı: "Futbolda mümkünsüz heçnə yoxdur"

"Linkoln"un qapıçısı Nauset Qarsiya Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyunla bağlı fikirlərini bölüşüb.

"Operativ Media" xəbər verir ki, İspaniya mətbuatına danışan qolkiper 1:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

"Önə keçdik, ikinci qolu da vura bilərdik, amma alınmadı. Böyük komandalar əllərində olan hər şeydən istifadə edirlər. Qələbə qolunu da son dəqiqədə vurdular və buna görə ağzımızın dadı qaçdı.

Böyük büdcəli və son illərdə mütəmadi avrokuboklrada çıxış edən bir komanda ilə qarşılaşdıq. Cavab matçında rəqibin çatışmazlıqlarından istifadə etməyə çalışmalıyıq ki, yaxşı nəticə əldə edək. "Qarabağ"ı məğlub etmək və mərhələ adlamaq çətin olacaq. Amma futbolda mümkünsüz heç nə yoxdur".

"Qarabağ"la "Linkoln" arasında cavab oyunu iyulun 19-da Bakıda olacaq.

Digər xəbərlər