Adrian Mutu "Neftçi"ni məşqə çıxaracaq

Əziz Əzizli
Adrian Mutu "Neftçi"ni  məşqə çıxaracaq

"Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışını davam etdirir.

"Operativ Media" xəbər verir ki, “ağ-qaralar” yeni baş məşqçi Adrian Mutunun rəhbərliyi altında bu gün ilk məşqinə çıxacaq.

Bakı vaxtı ilə saat 18:00-dan etibarən “Smena” stadionunda keçiriləcək məşq “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

"Neftçi" sabah "Fənərbağça" ilə qarşılaşacaq. Görüş saat 15:00-da başlayacaq.

Digər xəbərlər