Portuqaliyalı futbolçu Kristiano Ronaldo bir ayda ikinci dəfə Ginnesin Rekordlar Kitabına düşüb.
"Operativ Media"nın xəbərinə görə, o, 2023-cü ildə ən çox maaş alan idmançı olub.
Onun illik gəliri 136 milyon dollar olub. O, Messi (130 milyon dollar) və Mbappeni (120 milyon dollar) geridə qoyub.
Bir aydan az əvvəl Kristiano Ronaldo tarixdə milli komandada 200 rəsmi oyun keçirən ilk futbolçu olub.






