Kriştiano Ronaldo: "Yuventus"a keçəndə Seria A ölmüşdü"

Əziz Əzizli
Kriştiano Ronaldo: "Yuventus"a keçəndə Seria A ölmüşdü"

"Əl Nəsr"in hücumçusu Kriştiano Ronaldo müsahibə verib.

"Operativ Media" xəbər verir ki, "Metro" nəşrinin suallarını cavablandıran portuqaliyalı hücumçu 2018-ci ildə "Yuventus"a keçidindən danışıb:

"Səudiyyə Ərəbistana gəlməyim digər səviyyəli oyunçular üçün də cəlbedici oldu. Bu, faktdır. "Yuventus"a keçəndə A Seriyası ölmüşdü, məndən sonra yenidən doğuldu. Ronaldo hara gedirsə, ora maraq artır".

Ronaldo 2018-2021-ci illərdə "Yuventus"un formasını geyinib.

Digər xəbərlər