Son Türkiyə çempionu "Qalatasaray"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi məlum olub.
"Operativ Media" xəbər verir ki, Türkiyə təmsilçisinin rəqibi Litvanın "Zalqiris" klubu olub.
Qeyd edək ki, ilk matç 26 iyul səfərdə, cavab qarşılaşması isə 2 avqust Türkiyədə oynanacaq.






