“Qarabağ”ın ÇL-in 2-ci mərhələsindəki mümkün rəqibi müəyyənləşdi

Əziz Əzizli
“Qarabağ”ın ÇL-in 2-ci mərhələsindəki mümkün rəqibi müəyyənləşdi

Bu gün Çempionlar Liqasında birinci təsnifat mərhələsinin cavab oyunları başlanıb.

"Operativ Media" xəbər verir ki, ilk oyun günündə keçirilən “Flora” (Estoniya) - “Rakuv” (Polşa) görüşündən sonra "Qarabağ"ın 2-ci təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Tallində keçirələn qarşılaşmada "Rakov" 3 cavabsız qolla qalib gələrək 2-ci təsnifat mərhələsinə yüksəlib.. 

"Flora" (Estoniya) - "Rakov" (Polşa) - 0:3

Qollar: Zvolinksi, 47, 59, Papanikolau, 85

İlk oyun - 0:1

Beləliklə, Polşa təmsilçisi "Qarabağ" - "Linkoln" cütünün güclüsü ilə qarşılaşacaq

Xatırladaq ki. Cəbəllütariqdə "Linkoln"a 2:1 hesabı ilə qalib gələn “Qarabağ” sabah Bakıda rəqibi ilə cavab matçına çıxacaq.

Digər xəbərlər