"Sabah"ın Konfrans Liqasındakı ilk oyununun vaxtı dəyişdirilib

Əziz Əzizli
"Sabah"ın Konfrans Liqasındakı ilk oyununun vaxtı dəyişdirilib

Azərbaycan klubları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarını fərqli günlərdə keçirəcəklər.

"Operativ Media" xəbər verir ki, UEFA “Sabah”ın Latviya klubu RFŞ ilə birinci matçının iyulun 26-da təşkil olunmasını qərara alıb.

Murad Musayevin komandasının səfər görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

“Neftçi” isə bir gün sonra – iyulun 27-də Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”ın qonağı olacaq.

Qeyd edək ki, “Sabah” və “Neftçi” mərhələnin cavab qarşılaşmasını avqustun 3-də Bakıda keçirəcək.

Digər xəbərlər