Azərbaycan komandası 1/4 finalda

Əziz Əzizli
Azərbaycan komandası 1/4 finalda

Xorvatiyanın Split şəhərində keçirilən tələbələr arasında futzal üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.

"Operativ Media" xəbər verir ki, Azərbaycanın ASAPES komandası sonuncu turda Norveçin Elm və Texnologiya Universiteti komandasına 9:4 hesablı ilə qalib gəlib.

ASAPES bu qələbə sayəsində 1/4 finala vəsiqəni rəsmiləşdirib.

Xatırladaq ki, ASAPES tələbələri daha öncə Böyük Britaniyanın “Bristol Universiteti” kollektivinə 10:2, Portuqaliyanın “Minho Universiteti” kollektivinə isə 3:1 hesabı ilə qalib gəlmişdi.

Digər xəbərlər