"Neftçi"nin hücumçusu Serbiya klubuna keçir

Əziz Əzizli
"Neftçi"nin hücumçusu Serbiya klubuna keçir

"Neftçi"nin futbolçusu Mateus Saldanya klubu tərk etməyə hazırlaşır.

"Operativ Media" xəbər verir ki, braziliyalı hücumçu karyerasını "Partizan"da davam etdirə bilər. Bu barədə Serbiyanın "Telegraf" nəşri məlumat yayıb. Xəbərdə hücumçunun kluba transferini tamamlamaq üçün Belqrada getdiyi bildirilib.

"Transfermarkt" portalı da Saldanyanı artıq "Partizan"ın oyunçusu kimi təqdim edib.

Forvard bu ilin yanvarında Yaponiyanın "Jeff Yunayted" klubundan "Neftçi"yə icarəyə keçmişdi. Onun sözləşməsi dekabrın sonuna qədər idi.

Saldanya "ağ-qaralar"la Premyer Liqada 17 oyunda 5 qol vurub.

"Partizan" Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah" - RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Digər xəbərlər