Sumqayıt şəhərində tikilən "Mehdi Hüseynzadə" adına stadionun tezliklə istifadəyə veriləcəyi gözlənilir.
"Operativ Media" xəbər verir ki, bu haqda Sumqayıt Şəhər İcra Hakimiyyəti sosial mediada məlumat yayıb.
"Azərbaycan Futbolu" səhifəsinin Sumqayıt şəhər stadionu ilə bağlı paylaşımına İcra Hakimiyyətinin sosial media hesabı rəy yazaraq azarkeşləri məlumatlandırıb.
"Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Sumqayıt şəhərində möhtəşəm stadion inşa olunub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu beynəlxalq standartlara uyğun şəkildə və xüsusi zövqlə yenidən tikilib. On min azarkeş tutumuna malik olan stadion yaxın zamanlarda futbolsevərlərin ixtiyarına veriləcək".






