Azərbaycan Türkiyə ilə birgə əczaçılıq məhsullarının istehsalı zavodu tikəcək - YENİLƏNİB

Gozel Həşimova
Azərbaycan Türkiyə ilə birgə əczaçılıq məhsullarının istehsalı zavodu tikəcək - YENİLƏNİB

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkında qabaqcıl texnologiyalara əsaslanan, ilkin investisiya dəyəri 35 milyon manat və ilk mərhələdə illik istehsal gücü 35 milyon qutu təşkil edəcək yeni əczaçılıq məhsullarının istehsalı zavodu tikiləcək.

"Operativ Media" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında bildirib.

O qeyd edib ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında tərəfdaşlıq və birgə iştirak müqaviləsi imzalanıb: "Qardaş ölkə ilə iqtisadi əlaqələrimizin bütün sahələrdə güclənməsi üçün müştərək təşəbbüslərimiz davamlı olacaq".

***

Digər xəbərlər