Almaniya 2026-cı ilə qədər quru, hava, dəniz, kosmos və kibertəhlükəsizlik qüvvələri üçün avadanlığın alınmasına 377 milyard avro xərcləməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Nəşrin məlumatına görə, Almaniya yeni silah və hərbi texnikanın hazırlanması üçün təxminən 320 layihəyə start verəcək; onlardan 178-i üçün artıq podratçılar təyin edilib. Siyahıdakı şirkətlərdən təxminən 160-ı yerlidir.
2035-ci ilə qədər Almaniya Silahlı Qüvvələri 687 Puma piyada döyüş maşını, 561 Skyranger 35 hava hücumundan müdafiə sistemi, bir neçə milyon qumbara və tüfəng, onlar üçün 396 raketi olan 14 IRIS-T SLM zenit-raket kompleksi, həmçinin 300 qısa mənzilli IRIS-T almağı planlaşdırır. Bütün bunlar təxminən 4,2 milyard avro dəyərində qiymətləndirilir.
12 LUNA NG pilotsuz təyyarəsi, IAI Heron kəşfiyyat pilotsuz təyyarəsi üçün sursat və dörd uMAWS dəniz pilotsuz təyyarəsi üçün ayrıca büdcə ayrılacaq. Xarici satınalmalar siyahısına təxminən 1,15 milyard avroya 400 Amerika Tomahawk Block Vb raketi və 220 milyon avroya üç Typhon buraxılış qurğusu daxildir.






