Bəzi rayonlarda leysan xarakterli intensiv yağış yağıb - FAKTİKİ HAVA

admin
Bəzi rayonlarda leysan xarakterli intensiv yağış yağıb - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-si saat 10:30-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.

Xidmətdən "Operativ Media"ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Qəbələdə 24 mm, Qaxda 33 mm, Şəkidə 23 mm, Tərtərdə 13 mm, Lerik, Astara, Balakən, Altıağac, Quba, Qusar, Xaltan, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlıda 5 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32 dərəcəyədək, Naxçıvan MR-da 35 dərəcəyədək, aran rayonlarında 31 dərəcəyədək, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.

Digər xəbərlər