Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Fransadan əlavə “Mirage” qırıcı təyyarələri alacaq, Böyük Britaniya isə ölkəyə hava hücumundan müdafiə sistemlərinin tədarükünü davam etdirəcək.
Operativ Media xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yayımladığı axşam videomüraciətində məlumat verib.
“Böyük Britaniya və Fransaya xüsusi təşəkkür etmək istərdim. Ukrayna üçün əlavə “Mirage” qırıcıları və hava hücumundan müdafiə raketləri ilə bağlı qərar qəbul edilib. Britaniya hava hücumundan müdafiə, o cümlədən raketlərin və ələ keçirən dronların istehsalı sahəsində bizə kömək etməyə davam edəcək”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Qeyd edək ki, Kiyev ilk fransız istehsalı “Mirage” qırıcılarını 2025-ci ilin fevralında Parisdən alıb.






