İsrail ordusu Livanın iki müxtəlif bölgəsində “Hizbullah” şiə təşkilatının iki üzvünü məhv etmək məqsədilə zərbələr endirib.
Operativ Media xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrail müdafiə qüvvələri (İD) Livanın Bəqəa bölgəsində “Hizbullah” terror təşkilatı üçün silah qaçaqmalçılığı ilə məşğul olan, Suriyadan Livana silahların alınması və tədarükünə cavabdeh olan terrorçu Əli Hüseyn əl-Musəvini məhv edib. Bundan əlavə, İsrail ordusu Livanın cənubundakı Naqoura bölgəsində terrorçu Əbdü Mahmud əl-Səidiyə də zərbə endirib.
Məlumata görə, Əbdü Mahmud əl-Səidi bölgə sakinləri ilə maliyyə və hərbi məsələlərdə əlaqələrin qurulmasına cavabdeh olub.
Mətbuat xidməti qeyd edib ki, öldürülən şəxslərin fəaliyyəti İsrail və Livan arasında atəşkəs razılaşmalarının pozulmasına səbəb olub.






