Vyetnam və ABŞ ədalətli və balanslaşdırılmış ticarət haqqında sazişin şərtlərinin razılaşdırılmasının başa çatdığını elan ediblər.
Operativ Media xəbər verir ki, bu barədə "VnExpress" xəbər portalı məlumat yayıb.
Yeni razılaşma iki ölkə arasında iqtisadi əlaqələri möhkəmləndirməyi və qarşılıqlı bazarlara çıxışı genişləndirməyi hədəfləyir.
Birgə bəyanat Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən 47-ci ASEAN sammitinin kuluarlarında imzalıb.
Məlumata görə, qarşıdakı bir neçə həftə ərzində Vyetnam və ABŞ sənədin texniki hissəsini yekunlaşdıracaq, imzalanma prosedurlarını həyata keçirəcək və yeni ticarət razılaşması qüvvəyə minəcək.
Ədalətli və balanslaşdırılmış ticarət haqqında saziş 2000-ci ildə imzalanaraq 2001-ci ildə qüvvəyə minmiş qarşılıqlı ticarət razılaşmasına əsaslanacaq. Yeni sənədin əsas müddəalarına görə, Vyetnam ABŞ-dan idxal olunan kənd təsərrüfatı və sənaye məhsullarının demək olar ki, hamısı üçün bazarına güzəştli giriş imkanı yaradacaq. ABŞ isə öz növbəsində Vyetnamdan idxal olunan bütün məhsullara 20 faizlik gömrük rüsumunu qüvvədə saxlayacaq.






