Misir xilasediciləri Qəzzada israilli girovların cəsədlərinin axtarışına başlayıb

Operativ Media
Misir xilasediciləri Qəzzada israilli girovların cəsədlərinin axtarışına başlayıb

Misirin ağır texnika ilə təchiz edilmiş xilasedicilər və hərbi mütəxəssislər qrupu həlak olmuş israilli girovların cəsədlərinin axtarışı və ərazidən çıxarılması əməliyyatında iştirak etmək üçün Qəzza zolağına daxil olub.

Operativ Media  xəbər verir ki, bu barədə "The National" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, komanda şənbə günü axşam Qəzzaya gec gəlib və İsrail hərbçilərinin nəzarətində olmayan ərazilərdə çalışacaq. Bundan əlavə, misirli mütəxəssislərə iki ildir davam edən silahlı münaqişədən qalan partlamamış hərbi sursatların təmizlənməsi tapşırılacaq.

Mənbələr xilasetmə qrupunun ölçüsünü və ya avadanlığın növünü açıqlamasa da, onun missiyasının İsrail və ABŞ ilə sıx koordinasiyada həyata keçirildiyini qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli planı çərçivəsində HƏMAS İsrail həbsxanalarında saxlanılan 2000-ə yaxın fələstinlinin qarşılığında 20 girovu azad edib. Bundan əlavə, hərəkat əsirlikdə ölən 28 girovdan 15-nin qalıqlarını təhvil verib.

Meyitlərin qaytarılması Qəzza zolağında ölən girovların saxlandığı binaların geniş şəkildə dağıdılması ilə çətinləşir.

Digər xəbərlər