29 Avqust 2023, 16:40
Ermənistanın silahlandırılması - Bu nəyə hesablanıb? ANALİZ
Ermənistanın silahlandırılması - Bu nəyə hesablanıb? ANALİZ şəkil
Ermənistanın silahlandırılması - Bu nəyə hesablanıb? ANALİZ

44 günlük müharibədən sonra Azərbaycanda 7-dən 77-ə demək olar ki, hər kəs eyni eyi deyirdi, Ermənistan 20-30 ilə güclə toparlanar.

Əslində insanların bu cür düşünməsinin reallıq payı da var idi. Məsələ ondadır ki, Ermənistan qısa zaman sonra ordusunda reforma getdi, xüsusilə Hindistandan silahlar almağa başladı.

44 günlük müharibənin nəticəsi olaraq Azərbaycan tərəfi qələbənin haqqı olaraq Ağdam, Kəlbəcər və Laçını əməliyyatsız ala bildi (döyüşsüz demək doğru çıxmaz, ən azı əziyyətə, tökülən qanlara haqsızlıq etmiş olarıq). Hesab edirəm ki, müharibənin nəticəsi olaraq qılınc haqqı kimi 3 rayon adekvat deyildi. Azərbaycan tərəfi Ermənistanın silahsızlaşdırılması tələbi də qoya bilərdi. Bunun həyata keçəcəyi real deyildi. Düşünürəm ki, hər şey hesablanmışdı, göz yuman ölkələr buna imkan verməzdilər.

Ermənistanla Azərbaycanın təbii resurslarını müqayisə etmək gülünc olardı. Ancaq sual yaranır, Ermənistan heç kimin gözləmədiyini necə bacardı, silahlanmanı hansı vəsait hesabına edir? Bəzən deyirlər ki, diasporaların yardımı ilə baş verir. Hesab edirəm ki, bu 3-5 faiz edər, ya etməz. Rusiya Ukrayna müharibəsinin ən çox sərf etdiyi ölkə bəlkə də Ermənistan oldu. Ermənistan Rusiyanın sanksiyalarından yararlanaraq Avropadan aldığı məhsulları və məhsulların üzərindəki çipləri Rusiyaya satmaqla məşğuldur. Ümumiyyətlə, Ermənistanda orta və kiçik sahikarlığın inkişaf etməsi barədə araşdırmalar mövcutdur. Belə olan halda dəyirmanın suyunun hardan gəldiyini anlamaq olur. Yeri gəlmişkən diasporaların Avropa ilə ticarətdə rol oynadığını deməkdə fayda var.

Ermənistan müharibədən əvvəl də Hindistandan silah alırdı. Ancaq müharibədən sonra bu daha çox intensivləşib. Bunun bir neçə səbəbi ola bilər. Pakistanla Hindistan münasibətlərini, Azərbaycanla Pakistan münasibətlərini nəzərə alsaq Dehlinin İrəvanla yaxınlıq etməsi məntiqlidir.

Ermənistanın Hindistandan aldığı və almaq istədikləri silahlara nəzər salaq:

1. “Pinaka” reaktiv yaylım atəş sistemləri.

Pinaka reaktiv yaylım atəş sistemi Tatra Colossus yük maşınına quraşdırılıb və altı stansiya, altı yükləmə maşını, bir komanda maşını, yanğınsöndürmə sistemi və radardan ibarətdir. 44 saniyəyə 12 raket vura bilir, raketin uçuş məsafəsi 60 kilometr, lülənin çapı isə 214 mm-dir. "Pinaka" Rusiya istehsalı olan "Smerch"in demək olar ki, kopyasıdır.

2. “Konkurs-M” tank əleyhinə raket kompleksi müasir zirehli texnikanın, möhkəmləndirilmiş atəş nöqtələrinin, alçaqdan uçan helikopterlərin və digər hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub. Silahın atəş məsafəsi 75 - 4000 metr arasında dəyişir.

3. 80 mm minaatanlar.

4. “Swathi Weapon Locating Radar” (WLR) konrtbatareya radiolokasiya stansiyası.

“Swathi WLR” kontrbatareya radarı atəş və ya buraxılış faktı üzrə minaatanların, artilleriya toplarının, yaylım atəşli reaktiv sistemlərin və taktiki raket qurğularının koordinatlarını müəyyən etmək üçün yaradılıb.

5. “ATAGS” artilleriya qurğuları 48 km-lik hədəfi vura bilir.

6. SU-30SM Flanker. Qırıcıların alınması və pilotlatların hazırlanması yönündə danışıqlar gedir.

7. TAPAS-BH-201 dronu. Bu dron Bayraktar-TB2 ilə müqayisə edilir.

Dronun texnki xarakteristikası:

Tutum: 350 kq (772 lb)faydalı yük

Uzunluq: 9,5[31] m (31 fut 2 düym)

Qanad genişliyi: 20,6 m (67 fut 7 düym)

Boş çəki: 1,800 kq (3,968 lb)

Güc qurğusu: 2×NPO-Saturn 36T mühərrikləri qanadlı turboprop, hər biri 74,57[33] kVt (100,00 at gücü) (Prototip)

Elektrik stansiyası: 2×VRDE yerli, hər biri 160 kVt (220 at gücü) (İstehsal)

Pərvanələr: 3 qanadlı sabit sürətli pervanə

Maksimum sürət: 224 km/saat (139 mil/saat, 121 kn)

Bərə məsafəsi: 1000 km (620 mil, 540 nmi)

Dözümlülük: 24 saat+ [34] [35] [36] [37]

Xidmət tavanı: 9,144 [34] m (30,000 fut)

8. "Akaş" yer-hava raket sistemidir. Sistemlər 3,5 kilometrdən 20 kilometrə qədər kiçik və orta məsafələr üçün nəzərdə tutulub. Sistemə atəşə nəzarət paneli, çoxməqsədli radar stansiyası, hər birində üç yer-hava idarə olunan raketi olan mobil buraxılış qurğuları, həmçinin rabitə və texniki xidmət vasitələri daxildir.

Ermənistan və Hindistan silah tədarükü ilə bağlı bir sıra sazişlər imzalayıblar. Müqavilələrin ümumi dəyəri təxminən 245 milyon ABŞ dolları təşkil edir: Dörd Pinaka MLRS və müdafiə avadanlığı. Hindistan mətbuatının məlumatına görə, sərəncamda idarə olunan raketlər də var. Lakin 2022-ci ilin oktyabrında Hindistanın “The Print” qəzeti
siyahıya “Akaş raket sistemləri”ni də əlavə edib.

2022-ci ilin noyabrında Ermənistan təxminən 160 milyon ABŞ dollar (75-100 ədəd) dəyərində 155 mm-lik yük maşınına quraşdırılmış artilleriya sifariş verib. Siyahı Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanın 2023-cü ilin fevralında Hindistana səfərindən sonra genişlənməyə davam edib.

Qeyd etmək yerinə düşər ki, Hindistan istehsalı olan silahların demək olar ki, hamısı Rusiya silah sənayesinin kopyasıdır. Belə ki, Hindistan Rusiyadan silahların lisenziyalarını alaraq, bir qədər təkiminləşdirmə apararaq silah istehsal edir.

Ermənistanın bu qədər silahlanmaya getməsi təsadüfü ola bilməz. Ermənistan son dövrlər çox səsləndirilən müharibəyə hazırlıq içərisindədir.

Azərbaycan Ermənistanın ordudakı reformunu və silahlanmasını ciddi şəkildə analiz etməlidir. Arxayınlıq və qeyri-ciddi yanaşma ağır nəticələrə səbəb ola bilər.

Səxavət Məmməd

Son xəbərlər
ABŞ-nin aviadaşıyıcısı Aralıq dənizində gəmi ilə toqquşub
Pit Heqset: Tramp uğurlu danışıqlar aparır
İmişlidə qəza olub, xəsarət alan var
ABŞ və Yaponiya birgə təlimlər keçirəcək
Paşinyan Almaniyaya səfər edib
Soçi hava limanı uçuşları dayandırıb
Robert Kennedi ABŞ-nin Səhiyyə və Sosial Xidmətlərinin yeni katibi seçilib
Ərdoğan: İslam dünyası Trampın planlarına icazə verməyəcək