Menyu

"Barselona" “Çelsi”nin forvardını transfer siyahısına daxil edib

Operativ Media
"Barselona" “Çelsi”nin forvardını transfer siyahısına daxil edib

"Barselona" klubu "Atletiko"nun hücumçusu Xulian Alvaresi transfer edə bilməsə, "Çelsi"nin forvardı Jao Pedronun namizədliyini nəzərdən keçirəcək.

Operativ Media xəbər verir ki, bu haqda "Cadena SER" nəşri məlumat yayıb.

Mənbə 24 yaşlı braziliyalı futbolçunun 2026-cı ilin yayında İspaniya təmsilçisinə keçə biləcəyini qeyd edir.

2025-ci ilin iyul ayından "Çelsi"də çıxış edən Jao Pedronun London klubu ilə müqaviləsi 2033-cü il iyunun 30-na qədər nəzərdə tutulub. Hücumçu 2025/26 mövsümündə keçirdiyi 46 matçda 19 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Əvvəllər "Brayton", "Uotford" və "Fluminense" klublarında oynamış futbolçu Braziliya milli komandasının heyətində səkkiz oyun keçirib. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər