Menyu

İsmayıllıda “Sağlam məhəllə” layihəsi çərçivəsində yeni idman zonası istifadəyə verilib

Operativ Media
İsmayıllıda “Sağlam məhəllə” layihəsi çərçivəsində yeni idman zonası istifadəyə verilib

Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən "Sağlam məhəllə" layihəsi çərçivəsində İsmayıllı şəhərində idman zonası istifadəyə verilib.

Bu barədə Operativ Media-ya Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Açılış mərasimində nazir Fərid Qayıbov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və idmançılar iştirak ediblər.

Ərazidə minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla söhbət edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər