Kriştiano Ronaldo: "Mövsümün sonunda Səudiyyə Ərəbistanı çempionatındakı problemlərdən danışacağam"
Operativ Media
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo bəyan edib ki, mövsüm başa çatdıqdan sonra Səudiyyə Ərəbistanı çempionatında qarşılaşdıqları problemlər barədə açıqlama verəcək.
Operativ Media xəbər verir ki, bu haqda futbolçunun sözlərini "Record" nəşri sitat gətirib.
Futbolçu qeyd edib ki, liqa Avropa turnirləri ilə rəqabət aparacaq səviyyəyə çatmalıdır:
"Mən mövsümün sonunda danışacağam, çünki çoxlu mənfi hallar görürəm. Bir çox oyunçu hakimlər, liqa və layihə barədə şikayətlərini paylaşır. Hesab edirəm ki, bu, doğru deyil və liqanın məqsədlərinə uyğun gəlmir. Əgər dünyanın ən yaxşı liqalarından biri olmaq üçün rəqabət aparmaq istəyiriksə, biz təkcə burada deyil, həm də Avropada nümunə olmalıyıq. Düşünürəm ki, bu cür davranışlara son qoymalı, vəziyyəti təhlil etməli və liqa rəhbərliyi ilə danışmalıyıq. Çünki mənim üçün bu, artıq futbol deyil", — deyə portuqaliyalı hücumçu qeyd edib.