Menyu

Maliyyə Nazirliyinin nümayəndə heyəti dövlət müəssisələri üzrə qlobal konfransda iştirak edib

Şəfa Hüseynli
Maliyyə Nazirliyinin nümayəndə heyəti dövlət müəssisələri üzrə qlobal konfransda iştirak edib

27-30 aprel tarixlərində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndə heyəti Dünya Bankının dəvəti ilə Koreya Respublikasının Seul şəhərində keçirilən “Dövlət müəssisələrinin qlobal konfransı” adlı beynəlxalq tədbirdə iştirak edib.

Operativ Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dövlət maliyyə idarəetməsi sahəsində müxtəlif ölkələrin hökumət nümayəndələri, dövlət müəssisələrinin rəhbərləri, beynəlxalq maliyyə institutları və Koreyanın müvafiq qurumlarının yüksək səviyyəli təmsilçilərinin qatıldığı konfrans dövlət maliyyə idarəçiliyi sahəsində əməkdaşlığın gücləndirilməsi və peşəkar təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə keçirilib.

Tədbirdə Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru Fərid Baxşıyev “Azərbaycanda mərkəzləşdirilmiş monitorinq sisteminin tətbiqi” mövzusunda təqdimatla çıxış edərək ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlər və tətbiq olunan yanaşmalar barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Səfər zamanı nümayəndə heyəti Dünya Bankının İdarəetmə üzrə qlobal direktoru Arturo Gutierrezlə, habelə dövlət müəssisələrinin idarə edilməsi sahəsində qabaqcıl təcrübələrdən biri hesab olunan Koreya təcrübəsinin öyrənilməsi məqsədilə Koreya Respublikasının Maliyyə və İqtisadiyyat nazirliklərinin səlahiyyətli nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə qarşılıqlı təcrübə mübadiləsi aparılıb, dövlət müəssisələrinin monitorinqi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Eyni zamanda, müxtəlif ölkələrin analoji qurumlarının nümayəndələri ilə keçirilən görüşlərdə dövlət müəssisələrinin idarə olunması və monitorinqi sahəsində fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində, həmçinin Maliyyə Nazirliyinin nümayəndə heyətinin Koreya Respublikasının seçilmiş dövlət müəssisələrinə tanışlıq səfərləri təşkil edilib.

Fotogalereya

Əlaqəli Xəbərlər