Menyu

Yeni binalarda səs izolyasiyası düzgün aparılmır? – Sakinlər şikayət edir - VİDEO

Operativ Media
Yeni binalarda səs izolyasiyası düzgün aparılmır? – Sakinlər şikayət edir - VİDEO

Axşam saatlarında müşahidə olunan səs narahatlıqları vətəndaşların şikayətlərində ən çox vurğulanan problemlərdən biri kimi çıxış edir. Şikayətlərdə xüsusilə qeyd olunur ki, gecə vaxtı fon səslərinin azalması səbəbindən qonşu mənzillərdən gələn ən xırda səslər belə danışıq, addım və ya məişət hərəkətləri aydın şəkildə eşidilir və bu da ciddi narahatlıq yaradır. Gündüz saatlarında isə bu hal nisbətən az hiss olunur.

Bu barədə Operativ Media  AZ TV-yə istinadən xəbər verir ki, vətəndaşların şikayətlərində tez-tez köhnə və bəzi yeni tikililərdə səs izolyasiyasının zəif olması xüsusi olaraq vurğulanır.

Bildirilir ki, arakəsmə divarlarının kərpic və ya digər materiallarla əlavə izolyasiya qatları olmadan inşa edilməsi nəticəsində səs asanlıqla mənzillər arasında ötürülür. Hətta bəzi hallarda yuxarı mərtəbədən gələn addım səsləri və ya hərəkətlər belə aşağı mənzildə aydın eşidilir.

Eyni zamanda, diqqət çəkən məqamlardan biri də sosial-psixoloji amildir. Belə ki, sakinlər qonşuluq münasibətlərini pozmamaq üçün birbaşa müdaxilə və ya irad bildirməkdən çəkinir, bunu “ayıb” sayır və nəticədə problem uzun müddət həll olunmadan qalır.

Müasir tikililərlə bağlı şikayətlərdə isə xüsusilə “premium” kimi təqdim olunan binalarda gözləntilərin özünü doğrultmaması qeyd edilir. Sakinlər bildirirlər ki, bu cür binalarda yüksək səviyyəli səs izolyasiyası vəd olunsa da, faktiki vəziyyətdə eyni problemlər davam edir. Bu isə tikinti keyfiyyəti və layihələndirmə mərhələsində normativ tələblərə riayət olunub-olunmaması məsələsini gündəmə gətirir.

Dövlət Ekspertiza Baç İdarəsinin mütəxəssisi Dəmirəl Rüstəmov bildirir ki, qüvvədə olan tikinti norma və qaydalarına əsasən, yaşayış binalarında səskeçiricilik səviyyəsi konkret göstəricilər üzrə tənzimlənir və mənzillərarası akustik izolyasiya nəzarətdə saxlanılmalıdır. 

Vətəndaşların şikayətlərində bu normativlərin pozulması halları ilə bağlı narazılıqlar da yer alır. Belə hallarda qanunvericilik çərçivəsində inzibati məsuliyyət tədbirləri nəzərdə tutulur? 

Vəkillər Kollegiyasının üzvü Emil Bədəlov bildirir ki, hüquqi baxımdan, vətəndaşların şikayətlərində qeyd olunan əsas məqamlardan biri də müqavilə öhdəliklərinin yerinə yetirilməməsidir. Əgər mənzil alqı-satqısı zamanı yüksək səviyyəli səs izolyasiyası vəd edilibsə və bu şərt müqavilədə əks olunubsa, lakin faktiki olaraq təmin edilməyibsə, sakinlər rəsmi şəkildə şikayət vermək və məhkəməyə müraciət etmək hüququna malikdirlər. Bu zaman onlar çatışmazlığın aradan qaldırılmasını, dəymiş ziyanın ödənilməsini, alternativ mənzil təqdim olunmasını və ya kompensasiya verilməsini tələb edə bilərlər.


Əlaqəli Xəbərlər