"Milan" iranlı hücumçu üçün 15 milyon avro xərcləyəcək

Əziz Əzizli
"Milan" iranlı hücumçu üçün 15 milyon avro xərcləyəcək

"Portu"nun futbolçusu Mehdi Taremi karyerasını İtaliyada davam etdirəcək.

"Operativ Media" xəbər verir ki, iranlı hücumçu "Milan"la müqavilə imzalayacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. A Seriyası klubu 31 yaşlı futbolçu üçün Portuqaliya təmsilçisinə 15 milyon avro ödəyəcək.

Taremi ötən mövsüm "Portu" ilə 51 oyunda 31 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər