“Barselona”nın yarımmüdafiəçisi Pedri zədəsi ilə bağlı növbəti tibbi müayinədən keçib.
Operativ Media xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb.
Məlumata görə, onun sol ayağındakı iki başlı bud əzələsinin qopması ilkin ehtimallardan daha ciddi olduğu üçün sağalma prosesi ən azı altı həftə davam edəcək.
22 yaşlı ispaniyalı futbolçu təkcə beynəlxalq fasiləyə qədər olan oyunları deyil, ondan sonrakı bir neçə qarşılaşmanı da buraxacaq. O, “Elçe”, “Brügge”, “Selta”, “Atletik Bilbao”, “Çelsi”, “Alaves”, “Atletiko Madrid” və “Betis”ə qarşı matçlarda iştirak edə bilməyəcək. Ümumilikdə Pedri səkkiz oyunu buraxacaq. O, həmçinin Gürcüstan və Türkiyə ilə oyunlarda İspaniya millisinin heyətində yer almayacaq.
Ən yaxşı ssenariyə əsasən, Pedri dekabrın 9-da keçiriləcək Çempionlar Liqasının “Ayntraxt Frankfurt”a qarşı oyununda meydana qayıda bilər.






