Çin “TikTok”un hüquqlarının amerikalı investorlara verilməsinə razılıq verdi

Əziz Əzizli
Çin “TikTok”un hüquqlarının amerikalı investorlara verilməsinə razılıq verdi

Çin hökuməti “ByteDance” şirkətinə məxsus “TikTok” tətbiqinin hüquqlarının amerikalı investorlara verilməsinə dair sazişi təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Besent ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında keçirilən görüşdən sonra “Fox Business” telekanalına açıqlamasında bildirib. Məlumatı “Reuters” yayıb.

“Kuala-Lumpurda biz ‘TikTok’-la bağlı sazişi Çin tərəfindən təsdiqlənməsi məsələsində yekunlaşdırdıq. Gözləyirəm ki, proses qarşıdakı həftələr və aylar ərzində irəliləsin və nəhayət, bu məsələ öz həllini tapsın”, - deyə, Besent qeyd edib.

Digər xəbərlər