Vyetnamda daşqın nəticəsində ölənlərin sayı 13-ə çatıb, daha 11 nəfər itkin düşüb

Əziz Əzizli
Vyetnamda daşqın nəticəsində ölənlərin sayı 13-ə çatıb, daha 11 nəfər itkin düşüb

Vyetnamın mərkəzində güclü daşqınlar nəticəsində ölənlərin sayı 13-ə çatıb, daha 11 nəfər isə itkin düşün.

Operativ Media "Reuters" agentliyinə istinadən xəbər verir ki, su basmış Hoi An sakinləri suyun səviyyəsi azalmağa başladığı üçün təmizləmə əməliyyatlarına başlayıb.

Rekord səviyyəli yağışların səbəb olduğu daşqınlar son günlər Vyetnamın mərkəzi hissəsinin böyük hissəsini su altında qoyub. Daşqınlar ən çox zərəri UNESCO-nun siyahısına salınmış keçmiş imperiya paytaxtı Hue və Hoi An şəhərlərinə vurub.

Dövlət mediasında yayılan fotoşəkillərdən iki yerin çoxunun sel suları, bəzi evlərin damlarına qədər su altında qaldığı görünür.

Digər xəbərlər