RSXM məlumata düzəliş edib, bildirilib ki, Kürdəmir ərazisində 5,2 maqnitudalı zəlzələ olub, ətraf rayonlarda hiss edilib.
***
20:45
Ağdamda 5 maqnitudalı zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Operativ Media"ya bildirilib ki, zəlzələ 20:38-də qeydə alınıb.
***
20:38
Mərkəzi aran rayonlarında zəlzələ hiss edilib.
Bu barədə "Operativ Media"ya Şirvan, Sabirabad, Göyçaydan izləyicilər məlumat veriblər.
Yenilənir.






