Menyu

Qeyri-qanuni erməni dəstələri Ağdam istiqamətində mina basdırmağa cəhd göstəriblər

Qeyri-qanuni erməni dəstələri Ağdam istiqamətində mina basdırmağa cəhd göstəriblər
1 dəq oxu

Sentyabrın 17-si saat 13:55 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri qarşısında mina basdırmağa cəhd göstəriblər.

Bu barədə "Operativ Media"ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Əlaqəli Xəbərlər