Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan paylaşım edib
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşada olmağın qürurverici olduğunu bildirib.
Operativ Media xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
Hikmət Hacıyev qeyd edib ki, altı il əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi, şəhidlərin canı bahasına Azərbaycan torpaqları işğaldan azad olunub, 30 ilə yaxın davam edən Qarabağ və Şuşa həsrətinə son qoyulub.
O, bu gün Şuşada qalib dövlətin vətəndaşı kimi olmağın xüsusi hiss olduğunu vurğulayıb.
Hikmət Hacıyev paylaşımında şəhidlərə Allahdan rəhmət diləyib və “Qarabağ Azərbaycandır!” ifadəsini işlədib.
Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. Altı il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli,müdrik liderliyi ilə və şəhidlərimiz qanı bahasına torpaqlarımız işğaldan azad edildi, otuz ilə yaxın davam edən… pic.twitter.com/x519EWdvWV
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 7, 2026