Menyu

İsraildə hökuməti formalaşdırmaq vəzifəsi Qadi Ayzenkota verilib

Operativ Media
İsraildə hökuməti formalaşdırmaq vəzifəsi Qadi Ayzenkota verilib
1 dəq oxu

İsrail Prezidenti İsaak Hersoq yeni hökumətin formalaşdırılması mandatını “Yəşar” Partiyasının sədri Qadi Ayzenkota həvalə edib.

Operativ Media xəbər verir ki, bu barədə Prezident Administrasiyasının açıqlamasında bildirilib.

Qərar Knessetdə təmsil olunan siyasi fraksiyalarla məsləhətləşmələr başa çatdıqdan sonra qəbul edilib. Prezident son günlər müxtəlif siyasi dairələrin nümayəndələri ilə əlavə müzakirələr aparıb. Bu çərçivədə Baş nazir Benyamin Netanyahu və Qadi Ayzenkotla da görüşüb, niyyəti barədə onlara məlumat verib.

Məsləhətləşmələrin nəticələrinə əsasən, 67 deputatı təmsil edən fraksiyalar hökumətin formalaşdırılması üçün Qadi Ayzenkotun namizədliyini dəstəkləyib. 46 deputatın təmsil olunduğu fraksiyalar Baş nazir və “Likud” Partiyasının sədri Benyamin Netanyahunun namizədliyini irəli sürüb. Yeddi deputatdan ibarət fraksiya isə heç bir namizədi dəstəkləməyib.

İsaak Hersoq mandatın rəsmi təqdim edilməsi mərasimi üçün Qadi Ayzenkotu bazar günü Prezident iqamətgahına dəvət edib.

Əlaqəli Xəbərlər