http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş Prokurorluq: "Ermənistan SQ birləşmələri yenə də mülki əhalini hədəfə alır"

20 Sentyabr 2023 , 10:24
Baş Prokurorluq: "Ermənistan SQ birləşmələri yenə də mülki əhalini hədəfə alır"

Silahlı Qüvvələrimiz tərəfindən lokal xarakterli anti-terror tədbirləri çərvivəsində mülki şəxslər və heç bir mülki obyekt hədəfə alınmır yalnız legitim hərbi hədəflər zərərsizləşdirilir.

"Operativ Media" xəbər verir ki, bunu keçirilən brifinqdə Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib.

O bildirib ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, terror hücumları davam etdirilir, yenə də mülki şəxslər, mülki infrastrukturuvə yaşayış binaları hədəfə alınır:

"Qanunsuz erməni silahlı birləşmələri tərəfindən sentyabrın 19-da törədilmiş terror aktı nəticəsində qətlə yetirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşı işğaldan azad olunan ərazilərimizdə yol infrastrukturunun qurulması məqsədilə oradan çalışırdı.

Qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində 4 polis əməkdaşı isə hər hansı hərbi əməliyyatlara cəlb olunmayan, sadəcə qeyd olunan ərazidə ictimai-asayişi bərpa etmək məqsədilə ezam olunmuş şəxslər idi".

Kənan Zeynalov qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən dünən iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumları nəticəsində 2 mülki şəxs - Şuşa şəhərində mənzil-kommunal və təmir xidməti mühəndisi işləyən 1967-ci il təvəllüdlü Vidadi Fərhadov adlı şəxs qətlə yetirilib, Ağdam rayonunda isə ərazidə bərpa quruculuq işləri aparan şirkətlərdən birinin ekskovator operatoru 1992-ci il təvəllüdlü mülki şəxs Mehman Həsənovun çoxsaylı qəlpə xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd edilib: "Bütün bunlar onu göstərir ki, qanunsuz erməni silahlı birləşmələri yenə də əvvəlki dövrdə olduğu kimi mülki şəxslərə qarşı terror cinayətlərini törətməkdə davam etdirir.

Baş vermiş hər bir faktla bağlı cinayət işləri başlanmaqla istintaq aparılır, hazırkı şəraitdə prokurorluq əməkdaşları tərəfindən mümkün olan istintaq hərəkətləri aparılır, həmçinin, mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib".

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib

Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib

Müdafiə Nazirliyinin rəhbərliyi şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüb

Müdafiə Nazirliyinin rəhbərliyi şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüb

Polkovnik Anar Eyvazov: “Antiterror əməliyyatının qısa müddət ərzində, uğurla başa çatması peşəkarlığın və döyüş təcrübəsinin nəticəsidir”

Polkovnik Anar Eyvazov: “Antiterror əməliyyatının qısa müddət ərzində, uğurla başa çatması peşəkarlığın və döyüş təcrübəsinin nəticəsidir”

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu