02 Oktyabr 2023, 16:59
MN: Qarabağda antiterror tədbirlərindən sonra 123 mina zərərsizləşdirilib
MN: Qarabağda antiterror tədbirlərindən sonra 123 mina zərərsizləşdirilib şəkil
MN: Qarabağda antiterror tədbirlərindən sonra 123 mina zərərsizləşdirilib

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Qarabağ bölgəsinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər həyata keçirilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən cari ilin sentyabrın 21-dən oktyabrın 2-dək bölgədə 18 ədəd piyada əleyhinə mina, 105 ədəd tank əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Mühəndis təminatı üzrə görülən tədbirlərdə əsas səylər ərazilərin minalardan təmizlənməsinə, eləcə də yeni təminat yollarının çəkilməsinə yönəldilir. Qeyd olunan ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.

Son xəbərlər
ABŞ və Yaponiya birgə təlimlər keçirəcək
Paşinyan Almaniyaya səfər edib
Soçi hava limanı uçuşları dayandırıb
Robert Kennedi ABŞ-nin Səhiyyə və Sosial Xidmətlərinin yeni katibi seçilib
Ərdoğan: İslam dünyası Trampın planlarına icazə verməyəcək
İsrail Ordusu Qəzzaya zərbələr endirib
Çin, Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirlərinin görüşü planlaşdırılır
Vardanyan Azərbaycan diplomatlarına qarşı terror aktları planlaşdırmaqda ittiham edilir