http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Xidmət müddəti başa çatan bir qrup hərbi qulluqçu tərxis olunub

03 Oktyabr 2023 , 09:49
Xidmət müddəti başa çatan bir qrup hərbi qulluqçu tərxis olunub

Azərbaycan Ordusunun hərbi hissələrində müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə əlaqədar tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya bildirilib ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Tədbirlərdə çıxış edənlər hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını təbrik ediblər, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Xidmət müddəti başa çatan əsgərlər qalib Azərbaycan Ordusunun sıralarında xidmət etməkdən böyük şərəf və qürur duyduqlarını bildirib, hərbi xidmət dövründə qazandıqları müsbət vərdişlərin və keyfiyyətlərin gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmalarına töhfə verəcəyinə əmin olduqlarını qeyd ediblər.

Tədbirlərdə xidmət müddəti ərzində icra olunan döyüş tapşırıqlarında fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.
Sonda tərxis edilən hərbi qulluqçularla xatirə fotoşəkilləri çəkilib, onlar yaşadıqları bölgələrə yola salınıblar.

OXŞAR XƏBƏRLƏR
KİV: İsrail HƏMAS-a qarşı əməliyyatı bir ildən daha çox davam etdirməyi planlaşdırır

KİV: İsrail HƏMAS-a qarşı əməliyyatı bir ildən daha çox davam etdirməyi planlaşdırır

Azərbaycan Ordusunda "Ən yaxşı psixoloq" müsabiqəsi keçirilib

Azərbaycan Ordusunda "Ən yaxşı psixoloq" müsabiqəsi keçirilib

Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib - VİDEO

XƏBƏR LENTİ
  • 09:23

    Gəncədə yol qəzası zamanı piyada xəsarət alıb
  • 09:12

    Goranboyda qadın yanıq xəsarətləri alıb
  • 09:03

    Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimələnib
  • Dünən
    23:21

    Atəşkəsdən sonra Qəzzada 200-ə yaxın adamın öldüyü bildirilir
  • Dünən
    23:13

    Azərbaycan yığması liderliyi təmin etdi
  • Dünən
    23:01

    Putinin fərmanı ilə Rusiya SQ hərbçilərinin sayı təxminən 170 min nəfər artacaq
  • Dünən
    22:53

    Türkiyə ordusu Şimali İraqda PKK-ya məxsus 16 hədəfi məhv edib
  • Dünən
    22:42

    Almaniyada terror hazırlığında şübhəli bilinən şəxs həbs edilib
Menyu