Milli Məclisdə Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab bəyanatının hazırlanması üçün komissiya yaradılıb.
"Operativ Media" xəbər verir ki, komissiyanın sədri deputat Nizami Səfərov təyin edilib.
Komissiyanın üzvləri isə deputatlar Elman Məmmədov, Aqiyə Naxçıvanlı, Tural Gəncəliyev və Razi Nurullayevdir.
***
09:42
Bu gün Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə cavab olaraq bəyanat qəbul edəcək.
"Operativ Media"nın xəbərinə görə, məsələ parlamentin oktyabrın 6-da keçiriləcək plenar iclasının gündəliyinə salınıb.
Qeyd edək ki, Avropa Parlamenti oktyabrın 5-də Azərbaycanla bağlı qərəzli qətnamə qəbul edib.